Saakaşvilinin ən böyük səhvi...

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin ən bpyük səhvi Ukraynaya siyasətçi kimi qayıtması oldu.

Xarici mediaya istinadla xəbər verilir ki, bu sözləri Ali Radanın müxalif deputatı Mixail Dobkin deyib.

O bildirib ki, Saakaşvili Gürcüstanda etdiklərini Ukraynada reallaşdıra bilməyib: “Burada Saakaşvili suveren ölkə prezidenti statusuna yiyələnə bilmədi. Ukraynaya xeyir gətirmək istəyənlər ölkə daxilində olmamalıdır. Onların ölkə daxilində Petro Poroşenko Blokunun təsiri altına düşmə riski yükəskdir”.