Saakaşvilinin mitinqi öncəsi Kiyevə qoşun yeridilib

Ukraynanın paytaxtı Kiyev şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Ukrayna KİV-nə istinadən xəbər verilir ki, səhər saat 6-dan şəhərin mərkəzindəki Qruşevski küçəsi nəqliyyatın hərəkəti üçün bağlı elan olunub.

Poroşenkonun administrasiyasından verilən açıqlamada addımların Malta prezidenti Mari-Luiza Koleyro Prekinin səfəri ilə bağlı olduğu bildirilsə də, ekpsertlər rəsmi Kiyevin qorxu içində olduğunu bildirir.  

Ali Radanın qarşısında da təhlükəsizlik qüvvələrinin sayı xeyli artırılıb.