Saakaşvilinin həbs xəbəri yalan çıxdı

Ukrayna xüsusi təyinatlıları Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin olduğu otelə basqın edərək onu həbs ediblər. Bu barədə mediaya Kiyev polisinin nümayəndəsi David Sakvarelidze məlumat verib. Onun sözlərinə görə, Saakaşvili həbs edilib.

Publika.az xəbər verir ki, Ukrayna təhlükəsizlik xidmətinin mətbuat katibi Yelena Qitlyanskaya Gürcüstanın sabiq prezidentinin və digər nümayəndələrin xüsusi təyinatlılar tərəfindən tutulması xəbərini təkzib edib.

"Yayılan informasiya qətiyyən həiqqətləri əks etdirmir. Bu, yalandır"-deyə, o, bildirib.

Ötən gün isə Ukraynanın ədliyyə naziri Pavel Petrenko Ukrayna Baş Prokurorluğunun Saakaşvili barəsində yoxlama tədbirlərini davam etdirəcəyini bildirmişdi.

Xatırladaq ki, məhkəmə Saakaşvilinin müdafiə üçün müraciətini rədd edib. Siyasətçi bu barədə apelyasiya məhkəməsinə müraciət etsə də, Saakaşvilinin vəkili Ruslan Çernoluskiy mətbuata açıqlamasında Ukraynanın Ali Məhkəməsinin kassasiya şikayətinə baxmadığını deyib.