Saakaşvilinin çadırları söküldü : 50 həbs

10:18

Ukrayna ordusu Kiyevdə Ali Rada önündə yığışan Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarlarına hücum edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

Olay nəticəsində hər iki tərəfdən çox sayda insan yaralanıb.

Hücum zamanı təhlükəsizlik işçiləri Saakaşvili tərəfdarlarının bir neçəsini həbs edib.

***

Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarlarının Ali Rada önündə qurduqları çadırlar sökülür.

Bununla bağlı Ukrayna mediası məlumat yayıb. Sökülmə prosesində Ukrayna ordusunun şəxsi heyəti də iştirak edir.

Bu arada, səhər saatlarında baş verən toqquşmalar zamanı 50 etirazçı saxlanılıb. Bu məlumatı Kiyev polisi yayıb.