Saakaşvili Ukraynanı məhkəməyə verdi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili məhkəməyə müraciət edərək Polşaya deportasiya olunmasının qanunsuz tanınmasını tələb edib.

Ukrayna KİV-nə istinadən xəbər verilir ki, müraciət Kiyev administrasiya məhkəməsində qeydə alınıb.

Şikayət ərizəsində cavabdeh tərəf kimi Ukrayna Miqrasiya Xidməti, Sərhəd Qoşunları və Daxili İşlər Nazirliyinin adı çəkilir.

Siyasətçi Ukraynadan Polşaya deportasiya olunmasını qanunsuz adlandırıb.