Saakaşvili Ukrayna xalqını mitinqə səslədi

Odessanın eks-qubertnatoru Mixail Saakaşvili Kiyev sakinlərini hüquq müdafiəçisi İrina Nozdrovskayanın qətli ilə bağlı mitinqə səsləyib.

“Qafqazinfo” xəbər verir ki, siyasətçi bu barədə öz feysbuk hesabında yazıb.

O, şəhər sakinlərini DİN və Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) binasının qarşısında toplaşaraq qətl işinin ədalətli aparılmasını tələb etməyə səsləyib.

“Sabah narazı vətəndaşlar DİN və UTX-nin binalarının qarşısına toplaşaraq ədalət tələb edəcəklər. Nozdrovskayanın qətlinə biganə qala bilməyən hər kəsi onlara qoşulmağa çağırıram. Mən özüm orada, tribunada olmasam da qəlbim sizinlə olacaq. Mənim dostlarım və tərəfdaşlarım orada olacaqlar”,- deyə Saakaşvili bəyan edib.