Saakaşvili şərtini açıqladı: “Gürcüstana qayıtmaq üçün...”

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Tiflisə qayıtmaq vədini verib.

Teleqraf.com xəbər verir ki, o, bunun üçün şərtini açıqlayıb.

Saakaşvilinin şərtinə görə, onun Tiflisə qayıtması üçün “Gürcü arzuları – Demokratik Gürcüstan” partiyasının yaradıcısı, milyarder, sabiq baş nazir Bidzina İvanaşvilinin istefası vacibdir.

O, Gürcüstana qayıtdığında aktiv siyasətlə məşğul olub-olmayacağını bilmədiyini deyib.