Saakaşvili saxlanıldı, polislə toqquşma oldu, etirazçılara atəş açıldı

Xəbər verdiyimiz kimi, Ukrayna hüquq-mühafizə orqanları əməkdaşları Gürcüstanın eks-prezidenti, "Yeni Qüvvələrin Hərəkatı” partiyasının lideri Mixail Saakaşvilinin evində axtarış aparıblar. 

Sabiq prezident isə buna etiraz olaraq, yaşadığı binanın damına çıxaraq, polisi intiharla hədələyib.

Bundan sonra təhlükəsizlik qüvvələri Saakaşvilini saxlayıblar. 

Ukrayana mediasına istinadən bildirilir ki, buna etiraz edən tərəfdarları ilə hökumət qüvvələri arasında qarşıdurma yaşanıb. İddiya görə, etirazçılara atəş açılıb.

Məlumata görə, Gürcüstanın keçmiş prezidenti Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur.