Saakaşvili Poroşenkonunu devriləcəyi günü elan etdi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili səhər saatlarında Kiyevə gəlib.

Ukrayna KİV-nə istinadən xəbər verilir ki, bu barədə Radanın deputatı Yuri Derevyanko məlumat verib.

Qeyd olunur ki, siyasətçi Ukrayna prezidentinin Bankovaya küçəsində yerləşən administrasiya binasının yanında tərəfdarlarını toplayıb.

Siyasətçi tərəfdarları qarşısında çıxışı zamanı hakimiyyətə qarşı əsas mitinqin oktybarın 17-də Kiyevdə baş tutacağını deyib. O həmin mitinqdən sonra Pyotr Poroşenko hakimiyyətinin ləğv olunacağını da xatırladıb.