Saakaşvili məhkəməyə çıxarılır – Tarix açıqlandı

Mixail Saakaşvili dekabrın 11-də məhkəməyə çıxarılacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Saakaşvilinin vəkili Pavel Boqomazov söyləyib.

“İlkin məlumatlara görə, o, istirahət günləri təcridxanada qalacaq. Məncə, onun işinə bazar ertəsi Peçerski məhkəməsində baxılacaq. Bunu mənə müstəntiqlər söyləyiblər. Bazar ertəsi onun həbsinin 72 saatı tamam olacaq. Biz buna görə də tələb edə bilərik ki, onu buraxsınlar. Çünki bu zamandan sonra onun saxlanılması qanunsuzdur. Lakin anlayırıq ki, dövlət orqanları buna məhəl qoymayacaqlar”, – deyə o bildirib.