Saakaşvili marixuana çəkdiyini etiraf edib

Saakaşvili marixuana çəkdiyini etiraf edib

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubertanoru Mixail Saakaşvili yaxın aylarda öz vətəninə qayıdacağını açıqlayıb. Operativ.tv bildirir ki, bu barədə o, "TSN" kanalına müsahibəsində danışıb.

"Bir və və ya üç ay ərzində Gürcüstana qayıdacam",-deyə Saakaşvili əlavə edib.

Sabiq qubernator Poroşenko hakimiyyəti dövründə təqib olunması barədə danıaşrkən Yatsenyukdan sonra hədəfə çevrildiyini vurğulayıb: "Yatsenyuk işdən çıxarılmayana qədər o, səbrli idi. Çünki Yatsenyukdan xilas olmaq üçün mənim kampaniyamdan istifadə edirdi. Yatsenyukdan xilas olduqdan iki həftə sonra Lutsenko Odesada mənim administrasiyamda yoxlamalar başlatdı. Maskalı şəxslər  binaya daxil oldular və mənim işçilərimi qapalı otaqda su olmadan saxladılar".

Gürcüstanın keçmiş prezidenti Ukraynaya uzun müddətdən sonra geri qayıdan yəhudi əsilli milyarder İqor Kolomoyskini ağız dolusu tərifləyib: "O, çox maraqlı insandır. O, Gürcüstanda işləyərkən iqtisadiyyat üçün bir ferroalyaj zavoduna sahib idi. O, əvvəlcə maraqlandı ki, nəsə ödəmək lazımdır, ya yox. Sonra öyrəndi ki, büdcə ödənişindən başqa heç bir ödəniş etmək lazım deyil. O, təmiz işləyir, vergisini ödəyir, maaşla təmin edir və insanlar üçün də iş yeri var idi. Bu, çox uğurlu zavod idi. Niyə bunu deyirəm, çünki problem onların içində deyil. Pul tələb edən bürokratlardadır".

Mixail Saakaşvili Hollandiyada olarkən marixauana istifadə etməsi ilə bağlı suala isə belə cavab verib: "Xeyr. Lakin bir dəfə tələbə olarkən marixuana çəkmişəm. Amma xoşuma gəlmədi. Mənə dadı və iyi xoş deyil. Buna görə də onun fanatı deyiləm. Amma Amsterdamda edilməsi maraqlı olan çox şey var".

Facebook