Rza Zərrabdan etiraf: Buna görə yalan danışdım

ABŞ ilə işbirliyi edib məhkəmədə şahid qismində iştirak edən azərbaycan əsilli iş adamı Rza Zərrab istintaq zamanı azadlığa çıxmaq üçün yalan söylədiyini etiraf edib.

Publika.az xəbər verir ki, R.Zərrab hakimin apardığı sorğunun ardınca “Xalqbank”ın keçmiş sədrinin köməkçisi Mehmet Hakan Atillanın vəkili tərəfindən bir daha sorğuya çəkilib.

Vəkil R.Zərrabın həbsxanada olan zaman telefon zənglərini təkrar dinlədib və oradakı sözləri istifadə edib-etmədiyini soruşub. Zərrab isə telefon zənglərini etdiyini təsdiqləyib və həbsdən qurtulmaq üçün ən yaxşı yolun yalan söyləmək olduğunu bildirib.

O, FTB-nin onu necə yönləndirdiyini də açıqlayıb. Belə ki, Rza Zərrab ABŞ ilə işbirliyinə girmədən öncə 12 dəfə hakimlər və FTB ilə görüşüb.