Ruslan İzzətli saxlanıldı - Video - Foto

Ruslan İzzətli saxlanıldı - Video - Foto

"D18" hərəkatının başqanı Ruslan İzzətli, hərəkatın digər üzvü Əhməd Məmmədli və "Ağ Partiyan"ın sədr müavini Əhəd Məmmədli bu gün saxlanılıb.

 

Rakurs.tv-nin əməkdaşı xəbər verir ki, millət vəkilliyinə namizəd olan Ruslan İzzətli 33 saylı Xətai birinci seçki dairəsi qarşısında mətbuat konfransı keçirməyə cəhd edib.

 

Lakin polis müdaxilə edərək mətbuat konfransının qarşısını alıb. 

 

Saxlanılanların daha sonra sərbəst buraxıldıqları diqqətə çatdırılır.

 

Ruslan İzzətli rəsmi facebook hesabında yazıb: "Namizəd olaraq toxunulmazlığımız var. Amma buna baxmayaraq məni və Əhəd Məmmədlini həbs edərək 34-cü polis bölməsinə apardılar"

Facebook