Rusiyaya xəyanət etmiş polkovniki Londonda zəhərlədilər

Böyük Britaniyada Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki, “vətənə xəyanət”ə görə 13 il müddətinə qiyabi azadlıqdan məhrum edilmiş Sergey Skripal zəhərlənib.

Modern.az xəbər verir ki, 66 yaşlı keçmiş polkovnik 33 yaşlı qadınla birlikdə Solsberi ticarət mərkəzində olarkən özünü qəfildən pis hiss edib.

Onların hər ikisi təcili olaraq xəstəxanaya çatdırılıb. Skripalın hansı maddə ilə zəhərləndiyi məlum deyil.

Hadisədən bir müddtə öncə, Böyük Britaniyanın xeyrinə casusluq edən Skripla Rusiya xüsusi xidmət orqanlarının onun ovuna çıxdığını demişdi.