Rusiyanın növbəti prezidenti kim ola bilər?

Rusiyanın “Peterburqskaya Politika” Fondunun ekspertləri Prezident Vladimir Putinin bu vəzifədə varislərinin reytinqini tərtib ediblər. Siyahıya Rusiya hökumətinin sədri Dmitri Medvedev və Moskva meri Sergey Sobyanin başçılıq edir. Üçüncü və dördüncü yerlərdə Tula vilayətinin qubernatoru Aleksey Dyumin və müdafiə naziri Sergey Şoyqudur.

Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də siyahıya daxil edilib.

Çeçenistanın başçısı Ramzan Kadırov reytinqdə 13-cü, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalni 18-ci yerdədir.

“Kommersant” qəzeti yazır ki, siyahı tərtib olunarkən siyasətçilərin nailiyyətləri və uğursuzluqları, ictimaiyyət arasında nüfuzu, fəallığı, ölkə Prezidenti ilə görüşlərinin müntəzəmliyi və digər məsələlər nəzərə alınıb.