Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - Foto

Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya gəmiləri, eləcə də “SB-45” xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfərdə məqsəd Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak etməkdir.