Rusiyadan Belarusu qarışdıracağı iddialarına rəsmi cavab

Rusiyadan Belarusu qarışdıracağı iddialarına rəsmi cavab

Rusiya Belarusda qeyri-sabitlik yaradacaqları ilə bağlı yayılan iddialara münasibət bildirib.

Kremlin sözçüsü Dimitri Peskov məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Bunlar böhtandan başqa bir şey deyil. Rusiya və Belarus İttifaq dövlətidir. Biz müttəfiqik, ən yaxın partnyorlarıq. Dolayısı yolla qətiyyən belə bir şeydən söhbət gedə bilməz”.

Xatırladaq ki, ötən gün Belarusda prezident seçkiləri ərəfəsində sabitliyi pozmağı planlaşdıran 33 nəfər ələ keçirilib. Belarusun rəsmi xəbər agentliyi həmin şəxslərin Rusiya vətəndaşı olduğunu açıqlayıb.

Facebook