Rusiyada saxlanılan inanclı sərbəst buraxıldı - Video

Rusiya hüquq mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlı inanclı Orucov Taleh Mayor oğlu artıq sərbəst buraxılıb.

 

Bu barədə Operativ.tv-yə onun yaxınları məlumat veriblər.

 

Məlumatda bildirilir ki, Taleh Orucovun səhəti yaxşıdır və hazırda azadlıqdadır.

 

Taleh Orucovun onu dəstəkləyən hər kəsə təşəkkür etdiyi vurğulanır.