Rusiyada helikopter qəzası 8 nəfərin həyatına son qoydu

Çeçenistanda “Mi-8” helikopteri qəzaya uğrayıb.

Bu barədə TASS xəbər verir.

Mənbə bildirib ki, ilkin məlumatlara görə, ölənlər var. Helikopterin göyərtəsində 9 nəfər olub, azı 8 nəfər ölüb.

“Bu məlumatlar dəqiqləşdirilir. Helikopterin sərhəd xidmətinə aid olduğu güman edilir”, – mənbə məlumat verib.