Rusiya və Türkiyə qüvvələri birgə patrul xidməti aparır

Rusiya və Türkiyə qüvvələri birgə patrul xidməti aparır

Rusiya hərbi polisi Hələb əyalətində yerləşən Eyn əl-Ərəb rayonunun qərbində Türkiyə tərəfi ilə birgə patrul xidməti həyata keçirib.

Rusiya və Türkiyəyə məxsus səkkiz hərbi maşından ibarət karvan Eyn əl-Ərəbdən 20 kilometr qərbdə yerləşən Əşmə kəndindən başlayaraq Fərat çayının şərq sahilindəki Cerablus şəhəri yaxınlığında yerləşən kəndlərdə patrul xidməti həyata keçiriblər.

Bu, Suriyanın şimal-şərqində atəşkəslə bağlı Rusiya-Türkiyə razılaşmasından sonra iki tərəf arasında bölgədə 102-ci birgə patrul xidmətidir.

Qeyd edək ki, Türkiyə və Rusiyanın Suriyanın şimalında birgə patrul xidməti Ankaranın bölgədə yeni hərbi əməliyyata başlaması fonunda baş verir. Bu proseslər fonunda Rusiya da Fəratın şərqinə hərbi texnikaları göndərməkdə davam edir.

Facebook