Rusiya təyyarəsi Suriyada qəzaya uğrayıb

Rusiyaya məxsus "An-26" sərnişin təyyarəsi Suriyanın "Hmeymim" aerodromunda yerə enərkən qəzaya uğrayıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat yayıb.  

Məlumata görə, təyyarənin göyərtəsində altı heyət üzvü və 33 sərnişin olub. Təyyarədəkilərin hamısı qəza zamanı həyatını itirib.

Ölənlərin beşi leytenant, altısı kapitan, altısı mayor, üçü polkovnik (ikisi hərbi dəniz qüvvələrinin), biri isə general-mayor olub.
 
Rusiyanın Müdafiə Nazirliyinin komissiyası "An-26" nəqliyyat təyyarəsinin qəzaya uğramasının bütün mümkün versiyalarını araşdırır. İlkin məlumata görə, təyyarənin texniki nasazlıq səbəbin yerə çırpılıb.