Rusiya SSRİ-dən qalan bütün xarici borcunu ödədi

Rusiya mövcud borcun 125.5 milyon dollarlıq son hissəsinin də Bosniya və Herseqovinaya göndərilməsi ilə Sovet İttifaqının borc saldosunu sıfırlayıb.

Rakurs TV-nin məlumatına görə, 125.5 milyon dollarlıq borc 2017-ci ilin büdcəsindən ödənilib. Bundan əvvəlki borc 60.6 milyon dollar ilə Makedoniyaya ödənilmişdi.

Qeyd edək ki, Sovet İttifaqının 64 milyard dollar xarici borcu var idi.