Rusiya Snoudenə daimi yaşayıq hüququ verib

Rusiya Snoudenə daimi yaşayıq hüququ verib

“Biz sənədləri aprel ayında göndərdik və cümə axşamı daimi yaşayış hüququ aldıq”

Rusiya Edvard Snoudenə (Edward Snowden) daimi yaşamaq hüququ verib, - vəkili cümə axşamı bildirib.

“Reuters” xəbər verir ki, bu, irəlidə Snoudenin Rusiya vətəndaşlığını almasına qapı açacaq.

37 yaşlı Snouden 2013-cü ildə ABŞ Milli Təhlükəsizlik Xidmətinə aid gizli sənədləri ictimaiyyətə sızdırdıqdan sonra ölkəni tərk etmişdi və ona Rusiyada sığınacaq verilmişdi.

ABŞ rəsmiləri illərdir Snoundenin ABŞ-a təhvil verilməsini və ölkədə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.

Snoudenin rusiyalı vəkili Anatoliy Kuçerena (Anatoly Kucherena) “Reuters”ə verdiyi açıqlamada Snoudenin Rusiyada yaşama izninin sona çatdığını və bu səbəbdən bu iznin uzadılmasını xahiş etdiklərini deyib. Kuçerena koronavirus pandemiyasının prosesi həmişəkindən daha uzun etdiyini əlavə edib.

“Biz sənədləri aprel ayında göndərdik və cümə axşamı daimi yaşayış hüququ aldıq”,- o deyib.

Kuçerena eyni zamanda TASS xəbər agentliyinə deyib ki, Snouden Rusiya pasportu almağa müraciət etməyi düşünmür.

ABŞ prezidenti Donald Tramp avqust ayında demişdi ki, o, Snoudeni bağışlamağı düşünür.

Snouden Rusiyada neytrallığını qorumağa çalışır. O, ölkənin təbii gözəlliyini və xalqın istiqanlılığını tərifləsə də, zaman-zaman sosial mediadan hökumətin siyasətini tənqid etmək üçün istifadə edir.

Facebook