Rusiya silahları Azərbaycan gətirildi

Rusiya silahlarının növbəti partiyası Bakı dəniz limanına gətirilib. 

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata əsasən Bakı limanına gətirilən çoxlu sayda müasir silahlar yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcək. 

Razılaşmaya əsasən Bakıya zirehli texnika, mühəndis-istehkam qurğuları, kiçiksürətli hava hədəfləri gətirilib.

Bütün silahlar cəbhəboyu zonaya göndəriləcək və bu, milli ordunun hərbi potensialını artıracaq.

Məlumatda deyilir ki, texnika göndərilməsi davam edəcək.