Rusiya prezidenti Hizbullah barədə danışıb

Rusiya prezidenti Hizbullah barədə danışıb

Rusiya prezidenti Livandakı "Hizbullah" hərəkatını ölkədəki əhəmiyyətli bir siyasi qrup olaraq xarakterizə edib.

V.Putin bildirib ki, Moskva ölkədə təhlükəsizliyi və sabitliyi qorumaq üçün Livanın bütün siyasi qrupları ilə işləyir.

O, əlavə edib ki, Rusiya praktiki olaraq Livanın bütün siyasi qrupları ilə əlaqə saxlayır və bu davam edəcək: "Biz qan tökülməsinin qarşısını almaq üçün həmişə bütün livanlılarla işləyirik. "Hizbullah"la bağlı mövqelər ölkədən ölkəyə dəyişir. Fərqli ölkələrdə fərqli insanların "Hizbullah"la bağlı fərqli mövqelərdə olduğunu çox yaxşı bilirəm. "Hizbullah" Livanda mühüm siyasi qrupdur". 

Facebook