Rusiya Prezidenti: ABŞ-la ticarət dövriyyəsi artıb

Rusiya Prezidenti: ABŞ-la ticarət dövriyyəsi artıb

“Müxtəlif məhdudiyyətlərə, hətta pandemiyaya baxmayaraq, Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsi Donald Trampın prezidentliyi dövründə hiss ediləcək səviyyədə artıb”.

Rakurs.tv TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moskva və Vaşinqton indiyədək bir sıra birgə layihələri gerçəkləşdirə bilməyib.

Vladimir Putin bildirib ki, Rusiya və ABŞ enerji daşıyıcıları bazarında sabitləşmədə yaxşı nəticəyə  nail olub.

Facebook