Rusiya İŞİD hədəflərini dənizdən vurdu - Video

Rusiya Suriyanın Palmirra şəhəri yaxınlığındakı İŞİD hədəflərini vurub

Rakurs TV-nin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. İŞİD hədəflərinə zərbələrin Aralıq dənizindəki Rusiya donanmasından gerçəkləşdirildiyi bildirilir. 

Yayılan açıqlamada Aralıq dənizinin şimalındakı "Admiral Essen" freqatı və "Krasnodar" sualtı gəmisindən Palmirra şəhərinin yaxınlığında yerləşən İŞİD hədəflərinə 4 "Kalibr" raketinin atıldığı və bütün hədəflərin vurulduğu bildirilir.