Rusiya Belarusa 1,5 milyard dollar kredit verəcək

Rusiya Belarusa 1,5 milyard dollar kredit verəcək

Rusiya və Belarus rəsmi Minskə 1,5 milyard ABŞ dolları məbləğində kredit verilməsi ilə bağlı razılıq əldə edib.

 

Bu barədə Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşü zamanı bildirib.

 

Məsələnin ölkələrin maliyyə nazirlikləri tərəfindən işlənəcəyi qeyd olunur.