Rus ordusu Suriyanı tərk edir

Rusiya ordusu Suriyanı tərk etməyə başlayıb.

Xarici mediaya istinadla xəbər verilir ki, bu sözləri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.

O bildirib ki, qoşunların tam çıxarılması müddəti vəziyyətə görə dəyişə bilər.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin Suriyada Xmeymim aviabazasına gəlib. O, burada suriyalı həmkarı Bəşər Əsədlə görüşdən sonra rus ordusuna geri çəkilmək əmri verib.