Ruhanidən Səudiyyəyə sərt ittiham

İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanını Yəmən və Suriyadakı terrorçulara dəstək verməyə son qoymağı tələb edib. “Röyters”ə istinadən verilən xəbərə görə, bu barədə H. Ruhani televiziyaya müsahibəsində bildirib.

“Səudiyyə Ərəbistanının Yəmənə müdaxilə etməsi, Yəmən və Suriyadakı terrorçulara dəstək verməsi Tehran və Ər Riyad arasında əlaqələrin yaxşılaşdırılmasına mane olan əsas səbəbdir. Səudiyyə Ərəbistanı  terrorçulara dəstək verməyə son qoymalıdır”, - deyə H.Ruhani qeyd edib.