Ruhani İslam dünyasının əsas prioritetini açıqladı

İŞİD terror qruplaşmasının məğlub olması o deməkdir ki, Fələstin məsələsinin həlli yenidən İslam dünyası üçün əsas prioritetə çevrilib. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.

İran prezidenti İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 13-cü sessiyasında çıxış  edib.

“İŞİD ekstremist qruplaşmasının məğlub olmasının əsas müsbət tərəflərindən bir də odur ki,  Fələstin məsələsi nəhayət öz yerinə qayıdaraq İslam dünyasının siyasi gündəminin əsas prioritetinə çevrilib”, - deyə Ruhani qeyd edib.