Ruhani: "ABŞ-dan icazə gözləməyəcəyik"

“İran ballistik raketlər proqramını davam etdirəcək”. “Reuters” xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın son bəyanatına münasibət bildirərkən deyib.
“İran xalqı güclü olmağa qərar verib. Bizim raketlərimiz sülh və müdafiə üçündür. Amerikanın rəsmi şəxsləri bilməlidilər ki, hər dəfə raketlərimizi texniki cəhətdən yoxlamaq ehtiyacı yarananda bunu edəcəyik. Və onlardan icazə gözləməyəcəyik”, – deyə Ruhani bildirib.
Qeyd edək ki, İsraildə səfərdə olan Donald Tramp İranı terrorizmə dəstək verməkdə ittiham edib. Həmçinin bildirib ki, İranın nüvə silahına sahib olmasına imkan verilməməlidir.