Rəsmi Tbilisi azərbaycanlı deputatın sözlərini yalanladı

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti azərbaycanlı deputat Elman Nəsirovun dedikləri ilə bağlı bəyanat verib. Qurumun rəsmi saytında yayımlanan bəyanatda deyilir ki, azərbaycanlı deputatın dedikləri həqiqətə uyğun deyil:

“Bəyan edirik ki, Əfqan Muxtarlının işində Gürcüstan Təhlükəsizlik Xidmətinin heç bir fəaliyyəti olmayıb. Araşdırmalar davam edir”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov Azadlıq Radiosuna müsahibəsində jurnalist Əfqan Muxtarlının Gürcüstandan gətirildiyini etiraf edib və bunu uğurlu əməliyyat kimi təqdim edib?

“Təhlükəsizlik prinsiplərinə uyğun olaraq, Əfqan Muxtarlının Azərbaycana gətirilməsi bu şəkildə reallaşdırılıb. Söhbət böyük şəbəkədən gedir, həmin şəbəkə də Əfqan Muxtarlının Azərbaycana gedib çıxmaması üçün hər cür addım ata bilərdi, çox böyük qarşıdurma yarana bilərdi. Buna görə də Azərbaycanın hüquq-mühafizə orqanları çox böyük peşəkarlıq nümayiş etdiriblər. Peşə vərdişlərinə uyğun olaraq, bu addımı atıblar”.

Rakurs TV