Rəsmi Səna: Təcavüz koalisiyası Yəməni 1 gün ərzində 65 dəfə bombalayıb

Rəsmi Səna: Təcavüz koalisiyası Yəməni 1 gün ərzində 65 dəfə bombalayıb

"Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi hərbi koalisiya son 24 saat ərzində Yəmənin müxtəlif əyalətlərinə 65 hava zərbəsi endirib."

Bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələrinin” (husilər) mətbuat katibi Yəhya Səri məlumat verib.

O rəsmi tvitter səhifəsində yazıb ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi "Təcavüz koalisiyası" son 24 saat ərzində ölkənin müxtəlif əyalətlərinə 65 hava zərbəsi endirib.

Y. Səri bildirib ki, “onlar bu təcavüzü cavabsız qoymayacaqlar.”

Bu arada Səudiyyə Ərəbistanı hərbi koalisiyasının mətbuat katibliyi rəsmi tvitter hesabı üzərindən məlumat paylaşıb ki, ötən gün Yəməndən Cizan əyalətinə atılan bir ballistik raketin qarşısı alınıb.

Səudiyyə Ərəbistanın hərbi koalisiyası bundan öncə ölkənin cənubunda Əbha hava limanının iki kamikadze PUA-nın hücumuna məruz qaldığı və havadan müdafiə sistemlərinin PUA-ların qarşısını aldığını deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və hərbi koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıblar.

Facebook