Reyslər gecikir- Təqsirkar AZAL-dır, yoxsa SalamTour?

Reyslər gecikir- Təqsirkar AZAL-dır, yoxsa SalamTour?

AZAL-ın İraqa planlaşdırılan reysləri artıq bir neçə gündür ki, həyata keçirilmir. Söhbət Bakı-Nəcəf reysindən gedir. Bu barədə sözügedən marşrutla səfərə çıxmaq istəyən vətəndaşlar məlumat verib. Şikayətçilərin bildirdiyinə görə, bu reyslərlə səfər edənlərin əksəriyyəti İraqdakı müqəddəs ziyarətgahlar yerləşən şəhərlərə getmək istəyən zəvvarlardır və onların səfər təşkilatçısı SalamTour turizm şirkətdir. Belə ki, sentyabrın 12-də Bakı-Nəcəf reysi ilə 2 təyyarə hərəkət etməli idi. Lakin dəqiq bir səbəb göstərilmədən onlar yola düşə bilməyiblər.

Məsələ ilə bağlı səfərin təşkilatçısı Salam Tour şirkəti şikayətçilərə konkret qaneedici cavab verməyib. Amma problemi müxtəlif məsələlərlə əsaslandırmağa çalışıb. Belə ki, təşkilatçılar problemin gah viza alına bilməməsindən, gah AZAL-dan, gah İraq dövlətindən qaynaqlandığını, gah da bilinməyən siyasi səbəbdən baş verdiyini söyləyiblər. 

 

QEYD:

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini yayımlamağa hazırıq.

Facebook