Respublikaçı Alternativ Partiyasının (REAL) ilk iclası keçirildi - Fotolar

İyulun 28-də Respublikaçı Alternativ Partiyasının (REAL) Məclisinin iclası keçirilib. İclasda partiyanın rəhbər strukturlarına - partiya Məclisinin başqanı, partiyanın İdarə Heyətinin üzvləri, Məclisin katibi və komitələri təsis edilərək rəhbərləri seçilib.
Azər Qasımlı partiya Məclisinin başqanı seçilib.
Natiq Cəfərli - icra katibi, Erkin Qədirli - xarici əlaqələr katibi, Xalid Bağırov - hüquq və seçki katibi, Rəsul Cəfərov - insan haqları və seçki məsələləri üzrə katib, Toğrul İsmayıl - insan resursları üzrə katib seçilib.
Partiya Məclisinin katibi - İnarə Camal seçilib. Məclisin xarici siyasət komitəsinin başqanı - Mübariz Rəhimli, İqtisadi siyasət komitəsinin başqanı - Zöhrab İsmayıl, Təhlükəsizlik komitəsinin başqanı - Cəsur Sümərinli, Hüquq siyasəti komitəsinin başqanı - Vəfa Rüstəm, Sosial siyasət komitəsinin başqanı - Toğrul Vəliyev seçilib.