Respublika Narkoloji Mərkəzin baş direktoru vəzifəsindən azad edildi

Respublika Narkoloji Mərkəzin baş direktoru vəzifəsindən azad edildi

Respublika Narkoloji Dispanserin baş direktoru vəzifəsindən azad olunub.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev bu gün bununla bağlı əmr imzalayıb.

Nazirin əmri ilə Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Səhiyyə Nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Facebook