ReAL Partiyasının təşkilat sədri həbs edilib

ReAL Partiyasının təşkilat sədri həbs edilib

Məlumatı partiyanın sədri İlqar Məmmədov yayıb.

 

Bildirib ki, 9 fevral növbədənkənar parlament seçkilərində Bərdə şəhəri üzrə millət vəkilliyinə namizəd Ərəstün Baxşəliyev martın 24-də adıçəkilən rayonun polisləri tərəfindən saxlanılmışdı:

 

“Bü gün isə məhkəmə polisə tabe olmama ittihamı əsasında ona 10 günlük inzibati həbs cəzası verdi. Son zamanlar müxalifət təmsilçilərinə qarşı atılan bu cür siyasi səbəbli addımları Apelyasiya Məhkəməsi hələ də yoluna qoya bilər. Çıxarılan qərarlar müxalifətlə dialoq ideyasına hakimiyyətin bütün strukturlarının nə dərəcədə ciddi yanaşmasının göstəricisi olacaqdır”.

 

Məsələyə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Facebook