REAL Partiyası Məclis üzvü Azər Qasımlının məhkəməsi təxirə salındı - Video

Mayın 31-də Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə REAL Partiya Məclisi üzvü Azər Qasımlının Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstəntiqi Orxan Babayevə qarşı barəsində tətbiq etdiyi “ölkədən çıxmağa məhdudiyyət qoyulması” ilə bağlı istintaq hərəkətinin qanunsuz hesab edilməsinə dair keçiriləcək məhkəmə iclası təxirə salınıb.
Qeyd edək ki, REAL Partiya Məclisi üzvü Azər Qasımlı 29 sentyabr 2016-cı ildə konfransda iştirak etmək məqsədilə Böyük Kəsik sərhəd postundan ölkəni tərk edib Gürcüstana getmək istəyərkən sərhədçilər ona baş Prokurorluq tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər. A. Qasımlı 29 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə müraciət edərək ölkədən çıxışına qadağa qoyulması üçün heç bir hüquqi əsasın olmadığını və bu qadağanın təxirəsalınmadan götürülməsini tələb etsə də, bu günə kimi ölkədən çıxışına məhdudiyyət götürülməyib. O, 7 mart 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Məhkəmə 13 dekabr 2018-ci ildə şikayəti təmin edib. Azərbaycan hökuməti bu qəradan şikayət verməyib və 13 mart 2019-cu ildə Avropa məhkəməsinin qərarı qüvvəyə minib. Qərar qüvvəyə mindikdən sonra REAL Partiya Məclisi üzvü Azər Qasımlı məlum qərarın icrası və pozulmuş hüquqlarını bərpa etmək üçün Baş Prokurorluğa rəsmi ərizə verib. Baş Prokurorluq 2 aprel 2019-cu ildə cavab məktubu yazaraq şikayətin cinayət işi ilə əlaqədar olduğunu və əlavə məlumat veriləcəyini bildirib. A. Qasımlı Nəsimi rayon Məhkəməsinə müraciət edərək Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstəntiqinin “ölkədən çıxmağa məhdudiyyət qoyulması”na dair istintaq hərəkətinin qanunsuz hesab edilməsi və Avropa İnsan Hüquqları Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli qərarını icra edərək həmin tədbirin ləğv edilməsini istəyir.
Mayın 31-də Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə REAL Partiya Məclisi üzvü Azər Qasımlının Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstəntiqi Orxan Babayevə qarşı barəsində tətbiq etdiyi “ölkədən çıxmağa məhdudiyyət qoyulması” ilə bağlı istintaq hərəkətinin qanunsuz hesab edilməsinə dair keçiriləcək məhkəmə iclası təxirə salınıb. 
Məhkəmənin öncədən açıq keçiriləcəyi bildirilsə də sonradan prosesdə iştirak etmək üçün gələn media və ictimaiyyət nümayəndələrinə məhkəmənin qapalı keçiriləcəyi deyilib. Prosesdən sonra A. Qasımlı bildirib ki, bunla bağlı məhkəməyə öz etirazını bildirib:
“Hakim bildirdi ki, məhkəmə nəzarəti qaydasında keçirilən iclasdır, ona görə də qapalı olmalıdır. Bundan başqa Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin nüayəndəsi də prosesdə iştirak etmirdi. Məhkəmə 7 iyun saat 16:30-da davam edəcək”.
Qeyd edək ki, REAL Partiya Məclisi üzvü Azər Qasımlı 29 sentyabr 2016-cı ildə konfransda iştirak etmək məqsədilə Böyük Kəsik sərhəd postundan ölkəni tərk edib Gürcüstana getmək istəyərkən sərhədçilər ona baş Prokurorluq tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər. A. Qasımlı 29 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə müraciət edərək ölkədən çıxışına qadağa qoyulması üçün heç bir hüquqi əsasın olmadığını və bu qadağanın təxirəsalınmadan götürülməsini tələb etsə də, bu günə kimi ölkədən çıxışına məhdudiyyət götürülməyib. O, 7 mart 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Məhkəmə 13 dekabr 2018-ci ildə şikayəti təmin edib. Azərbaycan hökuməti bu qəradan şikayət verməyib və 13 mart 2019-cu ildə Avropa məhkəməsinin qərarı qüvvəyə minib. Qərar qüvvəyə mindikdən sonra REAL Partiya Məclisi üzvü Azər Qasımlı məlum qərarın icrası və pozulmuş hüquqlarını bərpa etmək üçün Baş Prokurorluğa rəsmi ərizə verib. Baş Prokurorluq 2 aprel 2019-cu ildə cavab məktubu yazaraq şikayətin cinayət işi ilə əlaqədar olduğunu və əlavə məlumat veriləcəyini bildirib. A. Qasımlı Nəsimi rayon Məhkəməsinə müraciət edərək Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstəntiqinin “ölk
 
ədən çıxmağa məhdudiyyət qoyulması”na dair istintaq hərəkətinin qanunsuz hesab edilməsi və Avropa İnsan Hüquqları Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli qərarını icra edərək həmin tədbirin ləğv edilməsini istəyir.