Ərdoğana sui-qəsd - killerlər son anda ələ keçdi

Türkiyənin Balıkesir şəhərində keçirilən əməliyyat nəticəsində Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd hazırlayan 3 FETÖ üzvü saxlanılıb.

“Axşam” qəzeti xəbər verir ki, şübhəli şəxslər dindirilmə zamanı Ərdoğana və digər dövlət rəsmilərinə qarşı sui-qəsd planlaşdırdıqlarını etiraf ediblər.

Üzərlərində xeyli sayda silah-sursat aşkarlanan şübhəlilərdən biri ölkədən qovulmuş keçmiş dövlət qulluqçusu, digəri isə biznesmendir.