Ərdoğan və Ruhani görüş barədə razılaşdılar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və İran prezidenti Həsən Ruhani ikitərəfli və regional məsələləri müzakirə edib.

İranın “Tasnim” agentliyinə istinadən xəbər verilir ki, tərəflər müsəlman aləminə təhlükə törədən bütün maneələrin aradan qalxdığını, uğurlu iqtisadi və siyasi fəaliyyətin həyata keçirildiyini vurğulayıblar.

Eyni zamanda, İstanbulda Rusiya, İran və Türkiyə prezidentlərinin Suriya böhranı ilə bağlı görüşünü ciddi amil adlandırıblar.