Ərdoğan və Putin görüşü necə nəticələnəcək? – Politoloqdan Rakurs.tv-yə açıqlama

Ərdoğan və Putin görüşü necə nəticələnəcək? – Politoloqdan Rakurs.tv-yə açıqlama

Azər Rəşidoğlu: “Rusiya və Türkiyə arasında uzunmüddətli sülhün olacağına inanmıram”

 

Bütün dünyanın diqqəti Rusiya və Türkiyə prezidentlərinin Moskva görüşünə yönəlib. Tərəflər İdlib məsələsini müzakirə edəcək və atəşkəs əldə olunması istiqamətində danışıqlar aparacaq. Siyasi şərhçilər bu görüşün Soçi razılaşmasından da vacib olduğu açıqlayırlar.

 

Görüşün başlanmasına saatlar qalmış mövzunu Rakurs.tv-yə şərh edən politoloq Azər Rəşidoğlu  bildirib ki, böyük nəticələrin olacağına  ümid etmir: “ İndiki vəziyyətdə atəşkəsin elan edilməsi istər Türkiyə, istərsə də Rusiya üçün qaçılmazdır. Bu baxımdan qısa müddətli atəşkəs elan oluna bilər . Ancaq problemin uzunmüddətli həlli və tamamən aradan qaldırılması mümkün deyil”.

 

Politoloqun sözlərinə görə, Türkiyə münaqişə ərazisində möhkəmlənmək istəyir :”Çünki bu Türkiyə üçün çox vacibdir:  Eyni zamanda Rusiya nə Türkiyənin güclənməsini, nə də ki, bölgədə söz sahibi olmasını istəmir. Bu baxımdan Rusiya və Türkiyə arasında uzunmüddətli sülhün olacağına inanmıram. Düşünürəm ki, atəşkəs razılaşması əldə olunsa belə, bu uzunmüddət davam etməyəcək”.

Facebook