Ərdoğan Dəniz Baykala baxmaq üçün öz şəxsi həkimini göndərib

Ərdoğan AŞPA-da Azərbaycan əleyhinə qərara səs verən və hazırda çox ciddi beyin əməliyyatı keçirərək səhhəti kritik durumda olan deputat, sabiq CHP lideri Dəniz Baykala baxmaq üçün öz şəxsi həkimini göndərib.

“cnnturk”ə istinadən xəbər verilir ki, Türkiyə prezidenti Dəniz Baykalla bağlı öz şəxsi həkiminə təlimat verib.

Dünyada məhşur beyin cərrahı olan Uğur Türe Baykala baxmaq üçün Ankaraya dəvət edilib.

Ötən gecə Ərdoğan Dəniz Baykalın həkimini arayaraq onun səhhəti ilə bağlı bilgi aldıqdan sonra öz şəxsi həkimi Uğur Türenin Baykala baxması təlimatını verib.

Baykalı müayinə edən Türe Baykalın səhhətinin stabil olduğunu və hələlik beyin ölümünün baş vermədiyini dilə gətirib.

Ankara Universitetinin rektoru Erkan İbiş Baykalla bağlı açıqlama verərək deyib ki, durum ciddidir, lakin ümidimizi itirmirik.

Qeyd edək ki, Baykal artıq dünəndən etibarən dərmanlar vasitəsi ilə yatızdırılır. Hətta bir çoxları artıq onun beyin ölümü keçirdiyini deyirlər.