Ərdoğan açıqladı: Putinlə Qarabağı…

Rusiya Prezidenti Vladimir Putin ilə ticari-iqtisadi əlaqələrimizlə bərabər, Suriya məsələsini də müzakirə edəcəyik.

Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Aramızda olan ticarət məhdudiyyətlərini qısa zamanda aradan qaldıracağıq. Vizaların ortadan qaldırılması məsələsində də fikrimizi çatdıracağıq. Suriyadakı son vəziyyəti müzakirə edəcəyik. Dağlıq Qarabağ məsələsini də Putinlə müzakirə etmək düşüncəm var”, – deyə o bildirib.