Ərdəbilin dəmir yolu xətti Azərbaycan Respublikasına birləşdiriləcək

Ərdəbilin dəmir yolu xətti Azərbaycan Respublikasına birləşdiriləcək

“Ərdəbildən Parsabada dəmir yolu xətti çəkiləcək və bu dəmir yolu Azərbaycan Respublikasına birləşdiriləcək.”

Bunu İranın Yol və Şəhərsalma naziri Rüstəm Qasimi deyib.

İranlı nazir Ərdəbildə jurnalistlərə açıqlamasında Təbrizin Miyanə şəhərindən Ərdəbilə çəkilməkdə olan dəmir yolu xəttinin işi ilə bağlı açıqlamalar verib və Ərdəbildən Parsabada da dəmir yolu xəttinin çəkilməsinin bir zərurət olduğunu deyib.

“Ərdəbil dəmir yolu xətti layihəsinin Parsabada qədər tamamlanması və onun Azərbaycan Respublikasına birləşdiriməsi əyalət camaatının tələbidir.”, deyə iranlı nazir bu xəttin Azərbaycan Respublikasına birləşdiriləcəyini bildirib.

Qeyd edək ki, İranın prezidenti İbrahim Rəisi əyalətlərə səfəri çərçivəsində ötən gün Ərdəbildə olub və bu əyalətdə bir sıra görüşlər keçirib. O, burada Təbrizin Miyanə şəhərindən Ərdəbilə çəkilməkdə olan 180 km-lik dəmir yolu xəttinin işi ilə tanış olub. İşin gedişatında gecikmələrə görə iradını bildirən İbrahim Rəisi layihənin bir ilə tamamlanacağına ümidvar olduğunu deyib.

 

Facebook