EURO : 1,8725 TRY : 0,2943 USD : 1,7 RUB : 0,0265
RATİ Bakıda jurnalistlərə həsr olunan tədbir keçirdi - Fotolar

RATİ Bakıda jurnalistlərə həsr olunan tədbir keçirdi - Fotolar

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu mayın 3-də Bakıda "Azərbaycanda mətbuat azadlığı" mövzusunda dəyirmi masa təşkil edib.

 

Operativ.tv-nin əməkdaşının verdiyi məlumata görə, tədbir Ümumdünya Mətbuat Gününə həsr edilib.

 

Tədbirə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, araşdırmaçı jurnalist Hafiz Babalı, tanınmış jurnalist Arif Əliyev, media üzrə ekspert Ələsgər Məmmədli və digərləri qatılıblar.

 

Bundan əlavə tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirlik və konsulluq əməkdaşları da iştirak ediblər.

 

Qeyd: Fotolar Operativ.tv-yə məxsusdur.

Facebook