Ramil Səfərov polkovnik-leytenant oldu

Tanınmış hərbçi Ramil Səfərovun rütbəsi artırılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir ki, bir neçə gün əvvəl mayor Səfərova polkovnik-leytenant rütbəsi verilib.

Qeyd edək ki, R.Səfərov 2012-ci ildə Azərbaycana ekstradisiya olunan kimi prezident İlham Əliyev tərəfindən əfv olunmuşdu, eyni zamanda o, mayor rütbəsi ilə təltif edilmişdi.