Ramil Quliyev:”Azərbaycanda qalsaydım bu uğuru qazana bilməzdim”

Dünya çempionu Ramil Quliyev APA agentliyinə intervü verib. İntervünün “fərari” məsləsinə münasibət olan hissəsini diqqətinizə çatdırırıq

Azərbaycanda ölkəni tərk etdiyinizə görə Sizi günahlandıranlar da oldu…
 
– Mənə yönəldilən suçlamalara cavab verimmi? Səmimi deyirəm ki, bunu bilmirəm. Ancaq ümumi şəkildə bir neçə kəlmə demək pis olmazdı. Əvvəl də dedim ki, Türkiyəyə gələndən sonra öz istedadımı reallaşdırmaq üçün mənə lazımi şəraiti yaratdılar. Məni yüksək səviyyədə qəbul edib bu şəraiti yaradanlara təşəkkürümü bildirirəm. Azərbaycanda yüngül atletikaya münasibətlə bağlı bir söz demək istəmirəm, ancaq belə bir uğuru orada qazana biləcəyimə də ehtimal vermirəm. Mənim barəmdə orada “fərari” sözünün işlədildiyini eşitmişəm. Mən ölkəmi sevirəm, hazırda mənim iki vətənim var – bu, ”Bir millət iki dövlət”dir. Ancaq açıq deməliyəm ki, bu uğuru ordakı şərtlər daxilində Azərbaycanda qazanmağım mümkün deyildi. Kim deyirsə ki “ölkəmi sevmirəm” – mən mənasız fikirlər barədə danışmaq belə istəmirəm. Mən iki ölkənin bayrağını ucaltmışam, bu, oranı tərk edəndən sonra mənim böyük arzum idi. Düşünürdüm ki, mən böyük yarışlarda böyük uğurlar qazanacağam. Avropa çempionatında bunun həyata keçirəcəyimə inanırdım, ancaq keçən il çempionatda iqlim çox pis idi, soyuğa görə yaxşı yarışa bilmədim. İslam oyunlarında iştirak etməyim mənim üçün çox mühüm idi. Evimdə məni hərarətlə qarşıladılar. Çox sevincli idim, oradakı uğurumu daha böyük yerlərdə təkrarlamağım lazım idi. Dünya çempionu olub iki bayraq qaldırmaq mənim üçün böyük xoşbəxtlikdir.