Ramil Quliyev bu səbəbdən ölkədən qaçıb

Xəbər verdiyimiz kimi, azərbaycanlı idmançı Ramil Quliyev dünya çempionu olub. Bu medal 94 illik Türkiyə respublikasının Dünya Atletizm Çempionatında ilk qələbəsidir. Ramil ilk təbrik edənlərdən biri də Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan olub. azxeber.com Ramil Quliyev haqda ətraflı məlumat hazırlayıb.

Ramil Quliyev kimdir?
Ramil Quliyev — 29 may 1990-cı ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Azərbaycanlı yüngül atletdir.

O 2008-ci ildə Azərbaycanı Yay Olimpiya Oyunlarında təmsil edib, təsnifat mərhələsində 20.78 nətucə göstərərək 1/4 finala adlayıb. 1/4 finalda isə 20.66 nəticə ilə 5-ci olub və mübarizəni dayandırıb.

Bu Olimpiya Oyunlarından sonra onun karyerasında maraqlı hadisələr baş verir. 2011-ci ildə Ramil Quliyev Azərbaycan vətəndaşlığından imtina edərək qardaş Türkiyə vətəndaşlığını qəbul etdi. Bu hadisə Azərbaycan Atletika Federasiyası tərəfində bir mənalı qarşılanmadı. Bu haqda bir qədər sonra…

Türkiyə vətəndaşlığını qəbul edən Ramil Quliyevin növbəti məqsədi 2012-ci ildə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmək idi. Amma bu yarışlarda iştirak etmək üçün Azərbaycan Atletika Federasiyası tərəfindən xüsusi qərar verilməli idi. Amma gözlənilən qərar gəlməyincə Ramil Quliyev 2012 Yay Olimpiya Oyunları buraxmalı oldu.

2013-cü ildə Ramil Quliyev təmsil etdiyi ölkədə təşkil olunan Aralıq dənizi Oyunlarında 100 və 200 m. məsafəyə qaçışda gümüş medal qazandı. 2015-ci ildə Ramil Quliyev Cənubi Koreyanın Kvanju şəhərində Yay Universiada Oyunlarında bürünc medal qazandı.

2015-ci ildə Ramil Quliyev 7 illik fasilədən sonra Çin Xalq Respublikasının Pekin şəhərinə qayıtdı. Bir vaxtlar Pekin Milli Stadionunda Azərbaycan bayrağı ilə çıxış edən Ramil Quliyev bu dəfə Türkiyə bayrağı ilə həmin Stadiona qayıtdı. Dünya Çempionatında onun əsas məqsədi medal qazanmaq idi. Amma bu elədə yüngül deyildi. Onun yarışlarında Yamaykalı Useyn Bolt əsas favoritdir. Ramil Quliyev 200 m. Təsnifat mərhələsində 20.01 nəticə ilə birinci oldu. Yarım-finalda isə Ramil Quliyev 20.10 nəticə göstərərək finala adladı. Amma finalda Ramil Quliyev uğurlu çıxış edə bilmədi. O 20.11 nəticə ilə 6-cı yeri tutdu. Amma buna baxmayaraq o 2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazandı. Ramil Rio Olimpiya Oyunlarında qardaş Türkiyəni təmsil etdi, ardınca İslam Həmrəyliyinə qatılan Rami Bakıdan qızıl medalla döndü.

Nəhayət, 10 avqust tarixində Ramil adını dünya idman tarixinə yazdırdı. O Londonda keçirilən 16-cı dünya atletika çempionatının qalibi adını qazanıb.
20,09 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayan Ramil Quliyev dünya çempionu olub. Cənubi afrikalı Vayde Van Niekerklə Trinidad və Tobaqodan olan Cereem Riçards 20.11 saniyə ilə gümüş və bürünc medallara sahib çıxıb.

Türkiyə idmanı tarixinə atletika üzrə ilk dünya çempionu kimi düşən Quliyev həm də bunu bacaran yeganə azərbaycanlı olub. Qızıl medal qazanan həmyerlimiz çempion tituluna yiyələndikdən sonra stadionda Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurub. Azərbaycan bayrağına bürünən Ramil təmsil etdiyi ölkənin rəmzini də əllərində saxlayıb.

Qeyd edək ki, bununla Hüseyn Boltun hegemonluğuna son qoyulub. Yamaykalı atlet son 4 dünya çempionatının qalibi idi.

Ramil Azərbaycandan niyə “qaçıb”?

Məlumata görə, Ramil ölkəmizdən getməsinə səbəb Atletika Federasiyasının prezidenti, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə olub. O Ramillə şəxsi ədavətinə görə, idmançını yığmadan sıxışdırıb və buna etiraz edən Ramil Azərbaycanı tərk edib.

Çingiz Hüseynzadə özü də bir neçə il öncə verdiyi müsahibəsində bu hadisəni dolayı yolla təsdiqləyib:

“Bilirsiniz, bu məsələnin medianı bu dərəcədə maraqlandırmasının səbəbini başa düşmürəm. Bu insan qaçıb gedib. Fəraridir. Qaçan adam özünə haqq qazandırmaq üçün nə istəsə, deyə bilər.

Türkiyə tərəfdən kimsə onu hər hansı formada qıcıqlandıra, nə isə deyə bilər. Dediyi sözlər isə mənim üçün heç bir əhəmiyyət daşımır. Hesab edirəm ki, ümumiyyətlə, məsələni bu dərəcədə şişirtməyin əhəmiyyəti yoxdur. Yenə deyirəm: Bu adam sadəcə, fəraridir. Bu adam əsgərlikdə qulluq etməlidir. Ola bilər ki, bu, gözünün qabağına gəlib və qaçıb. Bu adam təhsil aldığı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını atıb-qaçıb. 4-cü kursda təhsil aldığı halda, qış semestr imtahanlarını verməyib. Gəlib xahiş etsin ki, buna icazə verək, gedib Türkiyə klubunda çıxış etsin, sonra da Azərbaycan yığmasından imtina etsin. Bunlar əvvəlcədən planlaşdırılmış işlər idi. Bir əsas məqam da var ki, bu adam Türkiyəyə yollandığı 2010-cu ildə Azərbaycan yığmasının heyətində bir rəsmi yarışda belə iştirak etməyib. Müxtəlif bəhanələr gətirib. Əsasən, sağlamlığından şikayətlənib. Sonradan isə onun kommersiya yarışlarında iştirak etməsindən xəbər tutmuşuq. Bakıda ola-ola Avropa çempionatından imtina edib, lakin bir həftə sonra kommersiya turnirlərinə qatılıb. Bu da onun bir ölkə yığmasından digərinə keçmək üçün Beynəlxalq Olimpiya Komitəsinin qoyduğu ən azı 3 illik fasilə müddətini daha tez başa vurmaq istəyini sübuta yetirir.

O, qayıtsa da, qəbul etməyəcəyik. Bu adam qaçıb, fəraridir. Fərari ilə nə etmək olar? Hara qayıdır o? Bilir ki, qayıtsa, əsgərliyə getməlidir.
İndi də durub bu məsələ ətrafında ajiotaj yaratmaq lazım deyil. O, göydən düşməmişdi, Azərbaycanda yetişmişdi, azərbaycanlı məşqçilər yetişdirmişdi. Yenə ölkəmizdə yeni, ondan da yaxşı idmançılar yetişəcək. Allah qoysa, daha güclü atletlərimiz olacaq. Amma bir adam ki, qaçmaq istəyir, onu zorla saxlamağın adı yoxdur.

Maraqldır ki, Çingiz Hüseynzadənin bu sözləri Ramilin vətən sevgisini azaltmayıb və o Azərbaycan bayrağını dalğalandırıb.