Rakka İŞİD-dən azad olundu

İŞİD-in özünə “paytaxt” elan etdiyi Rakka şəhəri terrorçulardan tam azad olunub.

Bu haqda “Al Arabiya” xəbər yayıb.

Məlumata görə, terrorçular Suriya Demokratik Qüvvələrinə (SDQ) təslim olublar.

Qeyd edək ki, Rakkanın azad olunması əməliyyatı iyunun 6-sı başlayıb. SDQ-yə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya havadan dəstək verib.